COP29

“Ola bilsin ki, ürəyimlə seçim edirəm, amma mənim üçün...”

27 Noyabr 2023 21:40 İtaliya 319
“Ola bilsin ki, ürəyimlə seçim edirəm, amma mənim üçün...”

“Napoli”nin sabiq hücumçusu Edinson Kavaninin keçmiş agenti Klaudio Anelluççi uruqvaylı futbolçunu komandanın indiki forvardı Viktor Osimhenlə müqayisə edib.

Sportinfo.az xəbər verir ki, o, bu müqayisədə üstünlüyü Kavaniyə verib:

“Mən Kavani və Osimhen arasında heç bir oxşarlıq tapmıram. Nigeriyalı forvard mövsümün göstərdiyi kimi, əlbəttə ki, vacib oyunçudur.

Ola bilsin ki, mən ürəyimlə seçim edirəm, amma mənim üçün Kavani hələ də “Napoli”nin hazırkı “9 nömrə”sindən üstündür”.

36 yaşlı Kavani 2010-2013-cü illərdə “Napoli”də çıxış edib. O, İtaliya klubunda 138 oyun keçirib, 104 qol vurub və 14 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti