COP29

“İndi həzz alıram, ikinci dəfə evlənəcəyinizi xəyal edə bilərsiz”

25 Noyabr 2023 22:00 İtaliya 354
“İndi həzz alıram, ikinci dəfə evlənəcəyinizi xəyal edə bilərsiz”

“Yuventus”un sabiq baş məşqçisi Antonio Konte onun Turin klubuna məşqçi kimi qayıtmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis verilən suala maraqlı şəkildə cavab verib:

“Evlilik həmişə iki tərəfin birliyidir, buna görə də, əlbəttə ki, ikinci dəfə evlənəcəyinizi xəyal edə və ümid edə bilərsiniz.

Belə bir istəyin qarşılıqlı olması vacibdir. Hazırda boş vaxtlarımdan həzz alıram. Biliyimin həcmini artırmaq üçün hələ də təhsilimi davam etdirirəm”.

Konte 2011-2014-cü illərdə “Yuventus”u çalışdırıb. Bu müddətdə 54 yaşlı çalışdırıcının rəhbərliyi altında “qoca sinyora” 3 dəfə İtaliya çempionu olub, 2 dəfə İtaliya Superkubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti