COP29

Avropanın məşhur klubu 15 yaşlı hücumçunun ümidinə qaldı

25 Noyabr 2023 00:10 İtaliya 409
Avropanın məşhur klubu 15 yaşlı hücumçunun ümidinə qaldı

“Milan”ın baş məşqçisi Stefano Pioli 15 yaşlı hücumçu Françesko Kamardanı A Seriyasının 13-cü turunun “Fiorentina” ilə oyununa (25 noyabr) çağırıb.

Sportinfo.az xəbər verir ki, “Milan”ın heyətində hücumameyilli oyunçuların zədəli və cəzalı olması səbəbindən Pioli qarşıdakı görüşdə yalnız hücumun mərkəzində Luka Yoviçə güvənə bilər.

Bu səbəbdən, aşağı yaş qrupundan Françesko Kamarda “Fiorentina” ilə matça dəvət alıb.

O, bu oyunda iştirak etsə, A Seriyasının tarixində oynamış ən gənc futbolçu olacaq. Hazırkı rekord “Bolonya”nın müdafiəçisi Uizdom Ameyə məxsusdur. O, 15 yaş 274 günlüyündə “Cenoa” ilə matçda meydana çıxıb.

Kamardaya gəlincə, o, bu mövsüm “Milan”ın gənclər komandasının heyətində 13 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti