
“Napoli”nin vingeri Xviça Kvaratsxeliya tezliklə klubu ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzada bilər.
Sportinfo.az xəbər verir ki, gürcü futbolçunun maaşı illik 4 milyon avroya qədər artacaq.
Müqaviləyə anlaşmanın 2029-cu ilə qədər uzadılması variantı da daxil edilə bilər.
Kvaratsxelia 2022-ci ilin iyulundan “Napoli”nin formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
22 yaşlı futbolçu bu mövsüm A Seriyasında 11 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.