"Bəzən bir addım geri, sonra iki addım irəli getmək vacibdir”

23 Mart 2023 12:00 İtaliya 236
"Bəzən bir addım geri, sonra iki addım irəli getmək vacibdir”

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli “Milan”dan necə ayrıldığını xatırlayıb.

Sportinfo.az xəbər verir ki, o, Milan təmsilçisindən ayrılacağını gözləmədiyini bildirib:

“Milan”dan ayrılacağımı gözləmirdim. Lakin “Sassuolo”ya keçəndə qollarımı çırmaladım və mənim inkişaf etməyimə kömək olan baş məşqçi Roberto de Zerbinin başçılığı altında çıxış etdim. Bəzən bir addım geri, sonra isə iki addım irəli getmək vacibdir”.

Manuel Lokatelli 2019-cu ildə “Milan”ı tərk edib. O, 2021-ci ilə qədər “Sassuolo”da forma geyinib. Futbolçu hazırda “Yuventus”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti