Kvaratsxeliya TOP-5 ölkələrinin liqasında çıxış edən ilk futbolçu oldu ki…

21 Mart 2023 12:00 İtaliya 384
Kvaratsxeliya TOP-5 ölkələrinin liqasında çıxış edən ilk futbolçu oldu ki…

“Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya çempionatının 27-ci turunun “Torino” ilə matçında yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, bu oyunda (4:0) bir qol vurub və məhsuldar ötürmə edən 22 yalı ulduz son 17 ildə TOP-5 ölkələrinin liqasında debüt mövsümündə bir klubda 10 qol vuran və eyni sayda məhsuldar ötürmə verən ilk oyunçu kimi tarixə düşüb.

Belə ki, sonuncu dəfə belə göstəriciyə “Verder”də çıxış edən braziliyalı yarımmüdafiəçi Dieqo nail olub

. O, 2006/2007 mövsümündə Almaniya Bundesliqasında debüt edərkən 13 qol vurub, eyni sayda da məhsuldar ötürmə edib. X.Kvaratsxeliya isə bu mövsüm 30 matçda 14 qol vurub, 16 məhsuldar ötürmə edib.

“Napoli” uzun illərdən sonra İtaliyada çempionatın vahid lideridir və rəqiblərini xeyli geridə qoyur. Komanda son olaraq Maradonanın oynadığı dövrdə çempion olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu