COP29

Yeni müqaviləyə imza atmaqdan imtina etdi – Satın getsin

3 İyun 15:20 İtaliya 2 708
Yeni müqaviləyə imza atmaqdan imtina etdi – Satın getsin

“Yuventus”un vingeri Federiko Kyeza yaxın aylarda klubu tərk edə bilər.

Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Turin klubu ilə müqaviləni yeniləməkdən imtina edib və buna görə də rəhbərlik onu satışa çıxarmağa hazırdır.

Kyezanın hazırkı müqaviləsi bir ildən sonra başa çatır, ona görə də “Yuventus” italiyalı futbolçu üçün təxminən 25 milyon avro tələb edəcək. Bu tələbi onu almaqda maraqlı olan “Roma” təmin edə bilər.

Daha əvvəl bildirilmişdi ki, Federiko Kyeza komandanın yeni çalışdırıcısı Tiaqo Mottanın planlarına daxil deyil.

Kyeza son mövsümdə 37 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?