"Barselona"dan 60 milyon və iki oyunçu təklif etsə də...

15 May 11:06 İspaniya 153
"Barselona"dan 60 milyon və iki oyunçu təklif etsə də...

"Barselona" "İnter" in hücumçusu Lautaro Martinesi heyətinə qatmaqda israrlıdır.

Sportinfo.az xəbər verir ki, yaxın vaxtda tərəflər arasında razılıq əldə oluna bilər.

Məlumata görə, danışıqlarda ən böyük əngəl “Barselona”nın Lautaro üçün müqavilədə əks olunan pulu ödəmək istəməməsidir. Kataloniya klubu argentinalı üçün “İnter”ə 60 milyon avro və iki oyunçusunu təklif edir.

Ancaq İtaliya klubu bununla razılaşmır. Milan təmsilçisinin də Per Emerik Obameyanq və Timo Vernerlə danışıq apardığı bildirilir. Rəhbərlik Martinesin satışından gələn pulla bu transferləri reallaşdırmalıdır.

22 yaşlı argentinalı hücumçunun sözləşməsində 111 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib.

Xəbər Lenti
2 İyun 16:14 17 qollu oyun