Premyer Liqada çalışmaq istəyir - Ərəblərin təklifini rədd edəcək

16 Noyabr 2023 12:20 İngiltərə 1 448
Premyer Liqada çalışmaq istəyir - Ərəblərin təklifini rədd edəcək

“Sevilya”nın sabiq baş məşqçisi Xulen Lopeteqi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun təklifini qəbul etməyəcək.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis hələ də İngiltərə Premyer Liqasında çalışmaq istəyir və bu səbəbdən “Əl-İttihad”ın təklifi ilə razılaşmağı planlaşdırmır.

Bundan əvvəl Lopeteqi “Real”,“ Rayo Valyekano”, İspaniya millisi və “Portu”da da çalışıb. 57 yaşlı mütəxəssisin son iş yeri bu ilin avqustunda tərk etdiyi “Vulverhempton” klubu olub.

Digər Xəbərlər
Xəbər Lenti