“Messinin transferinə qarşı çıxanlar var idi, dedi ki, tez imzalayın”

18:10 İspaniya 97
“Messinin transferinə qarşı çıxanlar var idi, dedi ki, tez imzalayın”

“Barselona”nın sabiq baş məşqçisi Jоrdi Roura Lionel Messinin 2000-ci ildə Kataloniya klubuna transferi zamanı yaşananları danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis həmin vaxt argentinalı futbolçunun istedadı barədə klubda məlumatlı olsalar da, onun fiziki göstəriciləri ilə bağlı müəyyən şübhələr olduğunu bildirib:

“Onun istedadlı bir oğlan olduğunu eşitmişdik. Hamı onu canlı izləmək istəyirdi.

Amma klubda onun boyunun qısa olması səbəbindən transferinə qarşı çıxanlar da var idi. Ancaq Karles Rexaç onu görən kimi dedi: “Tez imzalayın!”

Messi “Barselona”nın əsas komandasında 2005-2021-ci illər ərzində çıxış edib. 39 yaşlı futbolçu bu müddətdə Kataloniya klubunun tarixində ən böyük əfsanələrdən birinə çevrilib.

Messi hazırda MLS təmsilçisi “İnter Mayami”nin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti