“Real”ın “Barselona”ya qarşı keçirəcəyi “el klasiko” matçı üçün ehtimal olunan start heyəti ilə bağlı məlumat yayılıb.
Ызщкештащ.az AS nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo Federiko Valverdeni sağ cinah müdafiəçisi və ya mərkəz yarımmüdafiəçisi mövqeyində deyil, sağ cinah hücumçusu kimi oynatmağı nəzərdən keçirir.
“Real”ın start heyətinin belə olacağı qeyd olunur:
Qapıçı: Tibo Kurtua;
Müdafiəçilər: Denzel Damfris (sağ cinah müdafiəçisi), İbrahima Konate və Din Heysen (mərkəz müdafiəçiləri), Mark Kukurella (sol cinah müdafiəçisi);
Yarımmüdafiəçilər: Orelyen Tçuameni (dayaq yarımmüdafiəçisi), Arda Gülər (mərkəz yarımmüdafiəçisi), Federiko Valverde (sağ cinah hücumçusu), Çud Bellingem (hücumameyilli yarımmüdafiəçi), Diomande (sol cinah hücumçusu);
Hücumçu: Kilian Mbappe.
Madrid klubu Tibo Kurtuanın xəstəliyi səbəbindən qarşılaşmada iştirak etməyəcəyini açıqlayıb. Vinisius Junior isə cəzalı olduğu üçün “el klasiko”nu buraxacaq.
