“Barselona”nın hücumçusu Lamin Yamal “qızıl top” mükafatını qazanacağı təqdirdə, bu uğuru təmtəraqlı şəkildə qeyd etməyi planlaşdırır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu mükafatlandırma mərasiminə yaxın çevrəsi ilə birlikdə getmək üçün şəxsi təyyarə sifariş edib.
Bundan başqa, Yamal səsvermədə qalib gələcəyi halda Parisdə keçiriləcək xüsusi məclis də planlaşdırıb.
2026-cı ilin “qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Yamal mükafatın əsas favoritlərindən biri hesab olunur.
“Bayern”in hücumçusu Harri Keyn də qalib olmağa əsas namizədlər sırasındadır.
