“Karyeramı burada başa vurmaq istəyirəm, yeni müqavilə imzalamağa yaxınam”

21:40 İspaniya 89
“Karyeramı burada başa vurmaq istəyirəm, yeni müqavilə imzalamağa yaxınam”

“Real”ın qapıçısı Tibo Kurtua karyerasını Madrid klubunda başa vurmaq istədiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper yeni müqavilə imzalamağa da yaxın olduğunu bildirib:

“Burada, “Real”da karyeramı başa vurmaq istəyirəm. Klubla yeni müqavilə imzalamağa yaxınam”.

34 yaşlı qapıçı 2018-ci ildə “Real”a qoşulub. Həmin vaxtdan bəri Madrid təmsilçisinin heyətində 345 oyuna çıxan Kurtua qapısında 339 qol görüb, 131 matçda isə qapısını toxunulmaz saxlayıb.

Onun “Real”la hazırkı müqaviləsinin müddəti 2027-ci il iyunun sonunda başa çatacaq.

“Real” oktyabrın 25-də, İspaniya çempionatının 10-cu turunda “Barselona” ilə qarşılaşacaq. Oyunun start fiti saat 00:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti