“Barselona”nın yarımmüdafiəçisi Rodri qarşıdan gələn “el klasiko” ilə bağlı gözləntilərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Real”ın son 7 “el klasiko”nun yalnız ikisində qalib gəldiyi üçün qarşıdakı matça xüsusi motivasiya ilə çıxacağını bildirib:
“Real” son 7 “el klasiko”nun yalnız ikisində qalib gəlib. Onlar meydana qisas almaq istəyi ilə çıxacaqlar. Rəqibimizin qələbə qazanmaq üçün əlindən gələni edəcəyini gözləyirik”.
“El klasiko” oktyabrın 25-də Barselonada keçiriləcək. Qarşılaşmanın start fiti saat 00:00-da səslənəcək.
La Liqada 9 turdan sonra 27 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real” 21 xalla üçüncü, “Atletiko” isə 22 xalla ikinci pillədə qərarlaşıb.
