İspaniya La Liqasının X turu çərçivəsində baş tutacaq "Barselona" - "Real" matçının hakimi məlum olub.
Sportinfo.az xəbər verir ki, "El Klasiko"nu Martines Munuera idarə edəcək.
Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma 26 oktyabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
9 turdan sonra maksimum nəticə göstərən "Barselona" çempionatın lideridir. 21 xalı olan "Real" isə 3-cü yerdədir.
