“Onun qədər yaxşı çıxış edən başqa futbolçunun olduğunu düşünmürəm”

15:40 İspaniya 100
“Onun qədər yaxşı çıxış edən başqa futbolçunun olduğunu düşünmürəm”

“Real”ın qapıçısı Tibo Kurtuа hesab edir ki, builki “qızıl top” mükafatı komanda yoldaşı Kilian Mbappeyə verilməlidir.

Sportnfo.az “The Touchline”-a istinadən xəbər verir ki, belçikalı qolkiper, fransalı hücumçunun fərdi çıxış baxımından digər futbolçuları üstələdiyini bildirib:

“Dünya çempionatında Lamin Yamalın (İspaniya millisinin hücumçusu) çıxışı Mbappedən bir qədər zəif idi.

Amma o, dünya çempionu oldu, “Barselona” ilə La Liqanı qazandı və yaxşı mövsüm keçirdi.

Bununla belə, hesab edirəm ki, “qızıl top”a Mbappe layiqdir. Fərdi göstəricilər baxımından onun qədər yaxşı çıxış edən başqa futbolçunun olduğunu düşünmürəm”.

27 yaşlı Mbappe ötən mövsüm “Real”ın heyətində 44 oyun keçirib, 42 qol vurub və 7 məhsuldar ötürmə verib.

2026-cı ilin “qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da, İngiltərədə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti