“Real”ın baş məşqçisi Joze Mourinyo komandasını İspaniya çempionatında “Barselona” ilə keçiriləcək səfər oyununa hazırlayır.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “el klasiko” öncəsi mətbuat konfransında “Barselona”nın baş məşqçisi Hans-Diter Flik barədə sualı cavablandırıb:
“Flik haqqında nə düşünürəm? Rəqiblərlə bağlı bu sualları başa düşmürəm. O, əla məşqçidir və işinin öhdəsindən çox yaxşı gəlir. Nə cavab verməyimi istəyirsiz?”
“Barselona” – “Real” qarşılaşması sabah “Kamp Nou”da keçiriləcək. Oyunun start fiti saat 00:00-da səslənəcək.
