Haland üçün danışıqlara başladı - “Barselona”

00:10 İspaniya 85
Haland üçün danışıqlara başladı - “Barselona”

“Barselona” “Mançester Siti”nin hücumçuları Erlinq Haland və Jeremi Dokunun transferi ilə bağlı danışıqlara başlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu “şəhərlilər”ə hər iki futbolçunun mümkün transferini müzakirə etməyə hazır olduğunu bildirib.

“Barselona”nın gələn yay səs-küylü transferlər həyata keçirməyi hədəflədiyi qeyd olunur.

“Transfermarkt” portalı Halandın bazar dəyərini 220 milyon avro qiymətləndirir. Norveçli hücumçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Dokunun isə İngiltərə klubu ilə anlaşmasının vaxtı 2031-ci ilin ortalarına qədərdir. Onun bazar dəyəri 75 milyon avrodur.

”Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında görüş 25 noyabrda, Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM