“Barselona” ilə matçı stadiondan izləməyəcək - “Real”ın prezidenti

00:00 İspaniya 93
“Barselona” ilə matçı stadiondan izləməyəcək - “Real”ın prezidenti

“Real”ın prezidenti Florentino Peres “Barselona” ilə qarşıdakı “el klasiko”nu stadiondan izləməyəcək.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, klub rəhbəri ardıcıl üçüncü mövsümdür “Kamp Nou”da keçiriləcək oyunda iştirak etməyəcək.

Qərarın səbəbi “Neqreyra işi” (“Barselona”nın uzun illər İspaniya Hakimlər Texniki Komitəsinin vitse-prezidenti olmuş Xose Mariya Enrikes Neqreyranın şirkətləri ilə bağlı ödənişləri ətrafında aparılan araşdırma) fonunda klublar arasında davam edən fikir ayrılıqlarıdır.

Bundan əlavə, klublar rəhbərlik nümayəndələrinin ənənəvi oyunöncəsi naharını da ləğv edib.

“El klasiko” oktyabrın 25-də, La Liqanın 10-cu turu çərçivəsində keçiriləcək. “Kamp Nou”da baş tutacaq qarşılaşmanın start fiti saat 00:00-da səslənəcək.

“Barselona” 9 oyundan sonra 27 xalla La Liqaya başçılıq edir. “Real” isə 21 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM