“Qolunu oğurladığım üçün üzr istəyirəm” - VİDEOLAR+FOTO

18:20 İspaniya 140
“Qolunu oğurladığım üçün üzr istəyirəm” - VİDEOLAR+FOTO

“Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Gülər komanda yoldaşı Kilian Mbappedən üzr istəyib.

Sportinfo.az xəbər verir ki, buna səbəb Ardanın Çempionlar Liqasının Liqa mərhələsində “Leytspiq”lə matçda vurduğu qol olub.

Belə ki, matçda vurulan ikinci qol zamanı Mbappe topa zərbə endirib və onu qapıya yönəldib. Tora gedən topa isə Arda toxunaraq qolun onun adına yazılmasına səbəb olub.

Matçdan sonra isə sosial şəbəkələrdə paylaşım edən Gülər topa toxunduğu üçün Mbappedən üzr istəyib. O, paylaşıma “qolunu oğurladığım üçün üzr istəyirəm” şərhini yazıb.

Matç “Real”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.


Digər Xəbərlər
Xəbər Lenti