İspaniyadan daha bir “müştəri”si var - Premyer Liqa müdafiəçisinin

00:00 İngiltərə 85
İspaniyadan daha bir “müştəri”si var - Premyer Liqa müdafiəçisinin

İspaniya millisinin və “Tottenhem”in cinah müdafiəçisi Pedro Porro vətəninə qayıda bilər.

Sportinfio.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Real”ın hədəfinə çevrilib.

“Kral klubu” sağ cinah müdafiəçisi mövqeyini gücləndirməyi hədəflədiyi üçün oyunçunu yaxından izləyir.

Daha əvvəl “Barselona”nın da Porronu heyətinə qatmaqda maraqlı olduğu bildirilib.

Porronun “Tottenhem”lə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” onun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO