"Rəhbərliklə aramızda fikir ayrılığı yarandı, sağollaşdıq - Ayrılmaq qərarını özüm verdim”

09:00 Problem 123
"Rəhbərliklə aramızda fikir ayrılığı yarandı, sağollaşdıq - Ayrılmaq qərarını özüm verdim”

Fərid Namazov "İmişli"nin baş məşqçi postundan rəhbərliklə fikir ayrılığı yarandığı üçün vidalaşıb.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında 34 yaşlı mütəxəssis özü bildirib.

O, bölgə təmsilçisindən ayrılmasının səbəblərini izah edib:

"Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq. Ayrılmaq qərarını özüm verdim, istirahət etmək istəyirəm.

Rəhbərlik tərəfindən işimə müdaxilə edilməsi məsələsi yanlışdır. Belə bir hal yaşansaydı, orada ümumiyyətlə işləməzdim.

Heç vaxt belə bir halın yaşanmasına imkan vermərəm. Yox, rəhbərlik nəticələrdən narazı qalıbsa, gəlin baxaq.

Uduzduğumuz komandalar "Sabah", "Neftçi" və "Zirə" kimi iddialılardır. "Qəbələ"yə məğlubiyyət isə planlara daxil deyildi.

Bununla belə, üst sıralarda yer alan komandalara qarşı layiqincə mübarizə aparmışıq. Hətta bəzi görüşlərdə xal və ya xallar da qazana bilərdik".

F.Namazov 7 tura qədər olan nəticələrdən danışmağın tez olduğunu söyləyib:

"Ümumilikdə VII turda hansısa nəticənin olmamasından danışmaq düzgün deyil. Nəzərə almaq lazımdır ki, Premyer Liqada qələbəsi olmayan komandalar var".

Fərid Namazov cari mövsümün əvvəlində "İmişli"yə baş məşqçi təyin olunmuşdu. "İmişli" cari mövsüm Premyer Liqada 4 xalla doqquzuncu sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO