Azərbaycanın U-23 yığması BƏƏ-ni məğlub etdi - Dç-da

04:50 Futzal 92
Azərbaycanın U-23 yığması BƏƏ-ni məğlub etdi - Dç-da

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) seçməsini məğlub edib.

Sportinfo.az xəbər verir ki, yığma Mali Loşin şəhərində baş tutan görüşdə 4:2 hesablı qələbə qazanıb.

Millinin heyətində Mirmövsüm Canıyev (2), Cavid Rəhimov (16), Fərid Abbasov (18) və Kənan Məsimov (37) fərqləniblər.

Komanda ötən gün keçirdiyi görüşlərdə Rumıniyan ilə heç-heçə (3:3) edib, Çexiyanı isə üstələyib - 4:2.

Milli növbəti matçını sabah Slovakiya komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO