“Mançester Yunayted”in baş məşqçisi postuna əsas namizədlərdən biri oldu

00:20 İngiltərə 102
“Mançester Yunayted”in baş məşqçisi postuna əsas namizədlərdən biri oldu

İtaliyalı mütəxəssis Antonio Konte “Mançester Yunayted”in baş məşqçisi postuna əsas namizədlərdən biri kimi gündəmə gəlib.

“Qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi Maykl Karrik yaxın vaxtlarda komandanın nəticələrini yaxşılaşdıra bilməsə, istefaya göndərilə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Konte Mançester təmsilçisinə rəhbərlik etmək istəyir.

O, İngiltərə Premyer Liqasında yenidən çalışmağa hazırdır.

57 yaşlı mütəxəssis daha əvvəl “Çelsi” və “Tottenhem”də baş məşqçi vəzifəsində çalışıb. Konte bu ilin iyununda “Napoli”dən ayrıldıqdan sonra işsizdir.

“Mançester Yunayted” dünən UEFA Çempionlar Liqasında “Atletiko”ya 0:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO