"Neftçi"ni yenidən dirildən adam və "Qarabağ"ın müasir tarixini yaradan

02:00 Premyerliqa 120
"Neftçi"ni yenidən dirildən adam və "Qarabağ"ın müasir tarixini yaradan

"Sabah" Çempionlar Liqasında "Slaviya" üzərində qələbə qazanıb azarkeşlərimizi sevindirdi.

Ən azı bir həftə ərzində bu matçda barədə çox danışılacaq və bu, ölkə futbolunun təbliği baxımından çox önəmlidir.

Eyni zamanda bu həftə "Sabah"ın yerli çempionatda "Qəbələ" ilə oyunu var. Amma daha çox maraq isə şübhəsiz ki, "bayquşlar"ın Misli Premyer Liqasındakı əsas rəqiblərinin qarşılamasında olacaq.

Bəli, müstəqil Azərbaycan çempionatları tarixinin daimi iştirakçısı olan iki komanda bu həftə yenidən üz-üzə gəlir.

"Qarabağ" və "Neftçi"! Əzəli və əbədi rəqiblər.

"Neftçi"ni yenidən dirildən adam Yuri Vernidubla "Qarabağ"ın müasir tarixini yaradan Qurban Qurbanovun dueli.

Turnir cədvəlində hansı pillələrdə qərarlaşmalarından asılı olmayaraq bu iki komandanın öz aralarındakı matçı daim prinsipiallığı ilə fərqlənib. Son illər isə bu Azərbaycan derbisi həqiqətən futbolumuza xüsusi rəng qatır. Meydanda idman mübarizəsinin, tribunalarda isə azarkeş sayının daha da artdığına şahid oluruq.

2025/26 derbisindən bir xatirə

Güman ki, bu dəfə də belə olacaq.

"Qarabağ"la "Neftçi"nin 2026/27 mövsümündə ilk matçı isə xüsusən maraq doğurur. "Neftçi" 7 oyundan, "Qarabağ"la "Sabah" isə 6 matçdan hər biri 16 xal toplayıb və turnir cədvəlinin liderlər qrupunda yer alıb. Odur ki, "amansız" çempionluq yarışında bu komandaların hədəfi bəllidir: xal itirməmək və yalnız qələbə qazanmaq.

Deməli, bizi bu həftə yeni mövsümün ilk derbisində həyəcanlı qarşılaşma gözləyir.

Odur ki, stadiona gedib "Qarabağ" - "Neftçi" matçını canlı izləyin, futboldan zövq alın!

Tarix: 17 oktyabr, saat 19:00

Məkan: Tofiq Bəhramov adına Respublika stadionu.

Oyunçu aparsın! (qol.az)

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO