“Fənərbaxça” 6 qol “yedi”, PSJ, “Real” və “Liverpul” uddu - CL-də NƏTİCƏLƏR

“Fənərbaxça” 6 qol “yedi”, PSJ, “Real” və “Liverpul” uddu - CL-də NƏTİCƏLƏR

Çempionlar Liqasının ümumi mərhələsində 2-ci turun növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün də 9 oyun baş tutub.

Turun mərkəzi oyununda PSJ İngiltərədə “Mançester Siti”ni məğlub edib.

"Real” isə İtaliyada “Roma”ilə matçda əzmkar qələbə qazanıb. “Liverpul” da məhsuldar qarşılaşmada Avstriyanın LASK klubunu 6:3 hesabı ilə darmadağın edib.

Türkiyə təmsilçisi “Fənərbaxça” isə İngiltərədə “Aston Villa”ya biabırçı hesabla uduzub.

Feyenoord (Niderland) – Komo (İtaliya) 3:2
LASK (Avstriya) – Liverpul (İngiltərə) 3:6
Mançester Siti (İngiltərə) – PSJ (Fransa) 2:4
Roma (İtaliya) – Real (İspaniya) 3:4
Aston Villa (İngiltərə) – Fənərbaxça (Türkiyə) 6:0
Betis (İspaniya) – Portu (Portuqaliya) 3:2
Bodo Qlimt (Norveç) – Borussiya (Dortmund, Almaniya) 1:0
Şaxtyor (Donetsk, Ukrayna) – AEK (Afina, Yunanıstan) 3:1
Slovan (Bratislava, Slovakiya) – Ştutqart (Almaniya) 0:3

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO