“Real” heyətini daha bir ingiltərəli futbolçu ilə gücləndirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun maraq dairəsində “Kristal Pelas”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Adam Uorton var.
London təmsilçisi aparıcı futbolçusunun transferi üçün 100 milyon avro tələb edir. Uorton 2024-cü ilin fevralından “Kristal Pelas”da çıxış edir.
22 yaşlı yarımmüdafiəçinin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 75 milyon avro qiymətləndirir.
