“Sabah”ın rəqibindən təklif gözləyir - “Mançester Yunayted”in ulduzu

00:10 İngiltərə 87
“Sabah”ın rəqibindən təklif gözləyir - “Mançester Yunayted”in ulduzu

“Mançester Yunayted”in və Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes karyerasını “Barselona”da davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu mümkün transferlə bağlı Kataloniya klubundan gələcək təklifləri gözləyir.

Fernandesin gələcəyi ilə bağlı hələ yekun qərar verilməyib. Tərəflər arasında da hansısa razılıq əldə olunmayıb.

Vəziyyəti “Yuventus”, “Milan”, “Atletiko” və “Qalatasaray” da diqqətlə izləyir. Portuqaliyalı yarımmüdafiəçinin transfer dəyəri 35 milyon avro qiymətləndirilir.

Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti gələn ilin iyununun sonuna qədərdir.

Fernandesin təklif gözlədiyi “Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda Azərbaycan çempionu “Sabah”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO