“Barselona” rəhbərliyi “Bayern”in maraqlandığı yarımmüdafiəçi Dani Olmonun gələcəyi ilə bağlı qərar qəbul edib.
Daha əvvəl Kataloniya təmsilçisinin 28 yaşlı futbolçu üçün 80-90 milyon avro civarında təklifləri nəzərdən keçirə biləcəyi barədə xəbərlər yayılmışdı.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, klub rəhbərliyi belə bir ehtimalı istisna edib.
Olmonu “Barselona”dan transfer etməyin yeganə yolu onun müqaviləsindəki sərbəstqalma məbləğini ödəməkdir. Rəsmi məlumatlara əsasən, bu məbləğ 500 milyon avro təşkil edir.
İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 9 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib.
Onun komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.
