Azərbaycan çempionu üçün - 2:0 heç də bu üstünlüyü təsdiqləmir

08:30 Araşdırma 136
Azərbaycan çempionu üçün - 2:0 heç də bu üstünlüyü təsdiqləmir

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində “Slaviya” ilə ev oyununun statistikası açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 2:0 hesablı qələbə qazansa da, rəqəmlər heç də bu üstünlüyü təsdiqləmir.

Ümumi mənzərəyə baxdıqda etiraf etmək lazımdır ki, “Slaviya”nın heç də “Sabah”dan zəif çıxış etmədiyi görünür.

Çexiyalılar hətta qapıya zərbə və ötürmə sayında Azərbaycan çempionunu qabaqlayıb.

“Sabah”ın qapıçısı Stas Pokatilovun aktivində 6 seyv olubsa, onun Praqa klubundakı həmkarı 2 dəfə məyus olduğu matçda 4 dəfə komandasını qoldan xilas edib.

“Sabah” – “Slaviya”

Qollar – 2:0

Zərbələr – 13:17

“Çərçivə”yə zərbələr – 6:6

“Çərçivə”yə düşməyən zərbələr – 4:5

Bloklanan zərbələr – 3:6

Künc zərbələri – 3:6

Oyundankənar vəziyyət – 2:4

Topa sahibolma faizi – 50:50

Ötürmələr – 334:397

Dəqiq ötürmələr – 258:328

Ötürmələrin dəqiqlik faizi – 77:83

Qapıçı seyvi – 6:4

Sarı vərəqələr – 3:2

Cərimə zərbələri – 15:14

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO