Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci tur başa çatıb.
Sportinfo.az xəbər verir ki, ikinci gündə də 9 oyun keçirilib.
Ötən gün isə Azərbaycan çempionu “Sabah” Bakıda "Slaviya"ya qalib gəlmişdi - 2:0. Bu, "Sabah"ın turnirin əsas mərhələsində ilk qələbəsi olub.
Turun bütün matçlarından sonra komanda hazırda turnir cədvəlində 3 xalla xalla 22-cidir.
Valdas Dambrauskasın kollektivi 1-ci turda "Mançester Yunayted"ə uduzmuşdu.
ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

