Premyer Liqanın debütantı braziliyalıya 8000 dollar vermədi, o da… FOTO

11:00 Qəbələ 181
Premyer Liqanın debütantı braziliyalıya 8000 dollar vermədi, o da… FOTO

Premyer Liqada qalmaq mücadiləsi verən “Qəbələ”nin keçmiş legionerini qaytarmasından məlumatlısız.

Əyalət təmsilçisi Rafael Utziqlə mövsümün sonuna qədər müqavilə imzalayıb.

30 yaşlı braziliyalı vinger daha əvvəl də “Qəbələ”də çıxış edib.

2020-2023-cü illərdə komandanın heyətində 94 oyuna çıxıb və 18 qol vurub. O, daha sonra Azərbaycanda “Zirə”də də oynayıb.

Rafael Utziq son olaraq Vyetnamda - “Ho Çi Minh Siti”də forma geyinib. Cənubi amerikalı növbəti dəfə ölkəmizə dönmək variantı yarananda öncəliyi ”Qəbələ”yə verməyib. ”

Sambaçı” birinci ”Şəfa”ya üz tutub. Di gəl, 22 il sonra elitaya qayıtmış paytaxt təmsilçisi braziliyalının maliyyə şərtlərini qəbul etməyib.

”Ağ-göylər” ona aylıq 8000 dollar əməkhaqqı öədəməkdən boyun qaçırıb. Belədə ön xətt oyunçusu ”Qəbələ”nin yolunu tutub.

SPORTİNFO.AZ

Premyer Liqanın debütantı braziliyalıya 8000 dollar vermədi, o da…

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!