Türkiyə 1-ci Liqasının 10-cu turunda “Ümraniyespor”la “Boluspor” arasında keçirilən qarşılaşma güclü yağış səbəbindən dayandırılıb.
Sportinfo.az xəbər verir ki, matçın 70-ci dəqiqəsində oyunun davam etdirilməsi mümkün olmayıb.
Həmin vaxt “Boluspor” 1:0 hesabı ilə öndə olub.
Qarşılaşmanın nə vaxt davam etdiriləcəyi ilə bağlı əlavə məlumat veriləcək.
“Boluspor”da çıxış edən Azərbaycanın millisinin sabiq müdafiəçisi Elvin Yunuszadə bu matçın ehtiyat oyunçular siyahısında yer alıb.
