Son 5 matçda 4 məğlubiyyət aldılar, baş məşqçi ilə vidalaşdılar

14 Oktyabr 01:40 İspaniya 360
Son 5 matçda 4 məğlubiyyət aldılar, baş məşqçi ilə vidalaşdılar

“Osasuna” nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Pamplona təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

56 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də komandadan ayrılıblar.

“Osasuna” İspaniya çempionatında keçirdiyi son 5 matçda 4 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalıb.

Komanda bu müddətdə 4 qol vurub, qapısında isə 17 top görüb. Komanda La Liqada 8 turdan sonra 8 xalla 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!