“Barselona” misirli hücumçubu bəyəndi: “Doğru zamanda gəldi”

12:20 İspaniya 124
“Barselona” misirli hücumçubu bəyəndi: “Doğru zamanda gəldi”

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən olan “Barselona”nın skautlar departamentinin rəhbəri Joau Amaral komandanın hücumçusu Hamza Abdelkərim barədə fikirlərini bölüşüb.

“Barselona” misirli futbolçunu yayda Qahirənin “Əl-Əhli” klubundan transfer edib. Bundan əvvəl hücumçu yarım il Kataloniya klubunun ikinci komandasında icarə əsasında çıxış edib.

Sportinfo.az “Barca Buzz”-a istinadən xəbər verir ki, Amaral, 18 yaşlı forvardın oyun üslubundan danışıb:

“Hamza oyun tərzinə görə klassik “9 nömrə”dir. “La Masia” adətən bu tip hücumçular yetişdirmir.

O, doğru zamanda gəldi, sınaqların öhdəsindən aşdı və münasib qiymətə sərfəli transfer oldu”.

Hamza Abdelkərim indiyədək “Barselona”nın əsas komandasında cəmi iki oyun keçirib. Onun yanvarın 1-də 19 yaşı tamam olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO