"Neftçi"nin baş məşqçisi: “Düzgün qərar vermək üçün tələsməmək lazımdır”

07:50 Basketbol 85
"Neftçi"nin baş məşqçisi: “Düzgün qərar vermək üçün tələsməmək lazımdır”

Azərbaycanlı basketbolçularda istedad var və oynamağa böyük həvəs göstərirlər.

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun baş məşqçisi Konstantinos Vasiliadis "ağ-qaralar"ın mətbuat xidmətinə açıqlamasında bildirib.

O, FIBA Avropa Kubokunun qrup mərhələsində VEF (Latviya) kollektivinə qarşı keçirdikləri qarşılaşmanı şərh edib:

"Bu gün bəzi oyunçularımız hazır deyildi. Bu səbəbdən əsas heyət üzvlərinə dincəlmək üçün şans verə bilmədik.

Təbii ki, mövcud vəziyyətdə basketbolçularımız oyunboyu yüksək sürəti qoruyub saxlamaqda çətinlik çəkdilər. Ötürmələrdə və atışlarda sadə səhvlərə yol verdik.

Belə qarşılaşmalarda düzgün qərar vermək üçün tələsməmək lazımdır. Müsbət məqam odur ki, bu sürətlə oynaya biləcəyimizi nümayiş etdirdik.

Bildirmək istəyirəm ki, azərbaycanlı basketbolçularda istedad var və oynamağa böyük həvəs göstərirlər. Lakin daha çox çalışmalıdırlar".

"Neftçi" - VEF oyunu rəqib komandanın 110:94 hesablı qələbəsi ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO