“Bu nəticəyə məyusuq, həddindən artıq çox səhvə yol verdik”

01:40 Almaniya 93
“Bu nəticəyə məyusuq, həddindən artıq çox səhvə yol verdik”

“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının əsas mərhələsində “Vikinq”lə heç-heçə (3:3) barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, UEFA-nın mətbuat xidməti ingiltərəli futbolçunun sözlərini belə çatdırıb:

“Bu nəticəyə görə məyusuq. “Bayern” oyuna yaxşı başladı və rəqibdən üstün idi.

Ancaq Olisenin qırmızı vərəqə alması meydandakı hər şeyi dəyişdi. Güclü rəqiblə matçda həddindən artıq çox səhvə yol verdik.

Buna baxmayaraq, belə oyunla qalib gəlməli idik. Bu dəfə cəmi bir xal qazandıq. Yolumuza davam edəcəyik”.

Vensan Kompaninin rəhbərlik etdiyi komanda Çempionlar Liqasının növbəti oyununda “Arsenal”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO