“Real”ın hücumçusu Vinisius Juniorun oktyabrın 25-də “Barselona”ya qarşı keçiriləcək “el klasiko”da iştirak etməmək ehtimalı var.
Braziliyalı futbolçu şənbə günü “Vilyarreal”la oyunda (1:0) birbaşa qırmızı vərəqə alıb.
Vinisius qol vursa da, bundan əvvəl rəqibin müdafiəçisi Natan Salibanın saçından tutduğu üçün meydandan qovulub və qolu qeydə alınmayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Vinisiusun ən azı növbəti iki La Liqa matçını buraxması gözlənilir.
Bu halda o, “Barselona” ilə qarşılaşmada da komandasına kömək edə bilməyəcək.
Hakimin oyunsonu hesabatında Vinisiusun aqressiv davrandığı və qırmızı vərəqədən sonra referiyə yüksək səslə qışqırdığı qeyd olunub. Bu hal onun daha ağır cəza almasına səbəb ola bilər.
