“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını “Çelsi”də davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
London təmsilçisi niderlanlı futbolçunu “Mançester Siti”yə keçən Enzo Fernandesin əvəzinə transfer etməyi nəzərdən keçirir.
“Barselona” isə 29 yaşlı yarımmüdafiəçisinin qiymətini 59 milyon avrodan yüksək müəyyənləşdirib. Bununla belə, Kataloniya klubu onu satmağa həvəsli deyil.
De Yonq 2026-cı il dünya çempionatında aldığı zədədən sonra bərpa prosesini davam etdirdiyi üçün yeni mövsümdə hələ meydana çıxmayıb. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
