“Bu, inanılmaz bir hissdir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın legioneri Kahim Parris deyib.
26 yaşlı yarımmüdafiəçi Bakıda “Slaviya” üzərində qazanılan Çempionlar Liqasının əsas mərhələsinin ikinci tur matçından sonra fikirlərini bölüşüb.
“Bu, liqa mərhələsində ilk qolum, həmçinin turnirdə ilk qələbəmizdir. Klub, ölkə və özümüz üçün tarix yazdıq. Bu, həm mənim, həm də ailəm üçün qürurverici andır”, - deyə o, söyləyib.
“Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib. “Bayquşlar”ın ilk qolunu Kahim Parris vurub. Yamaykalı futbolçu bununla da “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qolunun müəllifi olub.
