“Barselona” “Real”ı darmadağın edə bilməyəcək”

10:00 İspaniya 124
“Barselona” “Real”ı darmadağın edə bilməyəcək”

“Real”ın sabiq futbolçusu Quti İspaniya çempionatında “Barselona” ilə keçiriləcək oyun haqda fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, kataloniyalıların rəqibini böyük hesabla məğlub edə bilməyəcəyini bildirib:

“Barselona” “Real”ı darmadağın edə bilməyəcək. Kataloniyalılar bu mövsüm hələ onlara ciddi müqavimət göstərə biləcək bir komanda ilə üzləşməyiblər.

“Real”da güclü birlik hissi var. Komanda hətta ardıcıl üç məğlubiyyətə uğrasa belə, yenə də öz oyun üslubuna sadiq qalacaq”.

“Barselona” – “Real” qarşılaşması oktyabrın 25-də, “Kamp Nou”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!