Ötən gün Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanan Azərbaycan təmsilçisi “Sabah” turnir cədvəlində 21-ci pilləyə yüksəlib.
Sportinfo.az xəbər verir ki, 2-ci turda evdə “Slaviya”nı (Praqa) məğlub edən Azərbaycan təmsilçisi hələlik ilk “24-lük”də yer alır.
Komandamız “İnter”, “Napoli”, “Qalatasaray”, “Feyenoord” kimi komandaları qabaqlayır.

