Gəncə klubu amerikalı forvardla müqavilə imzaladı

03:10 Basketbol 55
Gəncə klubu amerikalı forvardla müqavilə imzaladı

“Gəncə” basketbol klubu heyətini ABŞ-li forvard Ayzeya Toddla gücləndirib.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında imzalanan müqavilə mövsümün sonunadək nəzərdə tutulub.

25 yaşlı basketbolçu karyerası ərzində Litva və Tayvan klublarında legioner kimi çıxış edib. O, “Gəncə”də 14 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, NBA-da “Vaşinqton Uizards”ın heyətində 18 oyun keçirib, orta hesabla 1,6 xal, 1,3 ribaund və 0,4 məhsuldar ötürmə ilə yadda qalıb.

Forvard 2025/26 mövsümündə Kiprin “Digenis Morfu” klubunda dörd oyunda orta hesabla 10 xal, 6,3 ribaund və 1,5 ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO