“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Slaviya”ya (Çexiya) qarşı keçirdiyi matçda maraqlı statistik göstərici qeydə alınıb.
Sportinfo.az“Opta”ya istinadla xəbər verir ki, qarşılaşmada qapı çərçivəsinə ilk zərbə 35-ci dəqiqədə vurulub.
Bu, 2003/2004 mövsümündən, yəni turnirdə müvafiq statistikanın aparılmağa başlanmasından bəri ən gec ilk zərbə göstəricisidir.
“Sabah”ın hücumçusu Kahim Parris 17-ci dəqiqədə fərqlənsə də, onun qolu oyundankənar vəziyyətə görə hesaba alınmayıb.
Bakı Olimpiya Stadionunda baş tutan görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
