Xorvatiyalı indi "Borussiya"nı yox, “Qəbələ”ni fikirləşir

00:40 Sabah 81
Xorvatiyalı indi "Borussiya"nı yox, “Qəbələ”ni fikirləşir

Sportinfo.az xəbər verir ki, "Sabah"ın xorvatiyalı yarımmüdafiəçi İvan Lepinitsa Çempionlar Liqasının II turunda "Slaviya"nı (Praqa) 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra sualları cavablandırıb.

- Çətin qarşılaşma oldu. Belə bir oyun olacağını bilirdik. Rəqib fiziki cəhətdən çox güclü komandadır, amma biz də buna yaxşı reaksiya verdik. Düşünürəm ki, oyuna yaxşı nəzarət etdik və tarix yazdıq. “Sabah”ın Çempionlar Liqasında ilk qələbəsini qazandıq.

- ÇL-in növbəti oyunlarında xal qazanmaq şanslarını necə qiymətləndirirsiniz? Komanda qarşıdakı matçlarda neçə xal toplaya bilər?

– Hazırda “Qəbələ” ilə oyuna köklənmişik. İlk növbədə həmin qarşılaşmaya hazırlaşırıq. Bu oyundan sonra yenidən Çempionlar Liqasına düşünəcəyik.

– “Qəbələ” ilə oyundan sonra Çempionlar Liqasında "Borussiya" (Dortmund) ilə qarşılaşacaqsınız. Həmin matç haqqında nə düşünürsünüz?

– Dortmundla oyun barədə hələ çox danışmamışıq. Dediyimiz ki, hazırda diqqətimiz “Qəbələ” ilə qarşılaşmadadır. İlk növbədə həmin oyuna, sonra "Borussiya" ilə matça hazırlaşacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO