Azərbaycan UEFA reytinqində bir pillə irəliləyərək 24-cü sıraya yüksəlib.
Sportinfo.az xəbər verir ki, buna “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiya "Slaviya”sını 2:0 hesabı ilə məğlub etməsi səbəb olub.
Bu qələbə ölkəmizin aktivinə 0,500 əmsal qazandırıb. Hazırda Azərbaycanın əmsalı 24,187-yə çatıb.
Reytinqdə Ukrayna 24,337 əmsalla 23-cü, İsrail isə 24,125 əmsalla 25-ci yerdə qərarlaşıb.
Siyahıya 104,019 əmsalla İngiltərə başçılıq edir.
