“Barselona” Messi ilə nə zaman vidalaşacaq?

18:40 İspaniya 98
“Barselona” Messi ilə nə zaman vidalaşacaq?

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən olan “Barselona”nın idarə heyətinin sabiq üzvü Toni Freişa Kataloniya klubunun Lionel Messi ilə vida mərasimi təşkil edəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, funksionerin sözlərini “The Touchline” yayıb:

“Bir il yarım ərzində “Kamp Nou”da Messi ilə vida mərasimi keçiriləcək. Bu, artıq təsdiqlənib”.

Messi “Barselona”nın yetirməsidir. Argentinalı futbolçu 2004-2021-ci illərdə klubun əsas komandasında çıxış edib. Bu müddətdə o, 10 dəfə İspaniya çempionu olub, 4 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

2021-ci ildə klubun maliyyə problemləri səbəbindən “Barselona”dan ayrılan Messi 2023-cü ilin yayından ABŞ-nin “İnter Mayami” komandasında çıxış edir.

39 yaşlı hücumçunun ABŞ klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti