“Real”ın hücumçusu yanvar Premyer Liqanın yolunu tutacaq?

13 Oktyabr 00:20 İspaniya 267
“Real”ın hücumçusu yanvar Premyer Liqanın yolunu tutacaq?

“Real”ın hücumçusu Endrik yanvar ayında İngiltərə Premyer Liqasına keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Braziliyalı futbolçu “Aston Villa”nın maraq dairəsindədir. Unay Emerinin rəhbərlik etdiyi komanda qış transfer pəncərəsində Endriki icarəyə götürməyi planlaşdırır.

Ancaq Birmingem təmsilçisi bu transfer uğrunda “Tottenhem” və “Mançester Yunayted”lə də rəqabət aparmalı ola bilər. Belə ki, hər iki klub da hücumçunun xidmətində maraqlıdır.

Endrik cari mövsümdə cəmi 4 dəqiqə meydanda olub. Yayda futbolçunu icarəyə buraxmaq istəməyən “Real”ın mövqeyi isə dəyişib.

Madrid klubu artıq mümkün təklifləri nəzərdən keçirməyə hazırdır. 20 yaşlı hücumçunun “Real”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu