İtaliyalı müdafiəçini bu yay “Real”da görmək istəyib - Mourinyo

8 Sentyabr 18:20 İspaniya 391
İtaliyalı müdafiəçini bu yay “Real”da görmək istəyib - Mourinyo

“Real”ın baş məşqçisi Joze Mourinyo “İnter”in müdafiəçisi Alessandro Bastonini komandasının heyətinə qatmaq istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.

Milan klubu 27 yaşlı italiyalı futbolçusu üçün 70 milyon avro tələb edib.

Bastoni isə “İnter”dən ayrılmaq üçün rəhbərliyə hansısa təzyiq göstərməyib.

Bildirilir ki, transferin baş tutmamasının əsas səbəbləri “Real”ın İbraima Konateni heyətinə qatması və Raul Asensionun komandada qalması olub.

“Real” La Liqada 4 turdan sonra 9 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 3 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…