“Mən Rodrinin “Barselona”ya keçəcəyinə əmin idim”

15:20 İspaniya 59
“Mən Rodrinin “Barselona”ya keçəcəyinə əmin idim”

İspaniya millisinin sabiq hücumçusu, hazırda “Leqanes”də çıxış edən Alvaro Morata, Rodri Hernandesin “Barselona”ya keçidi barədə danışıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bu keçidin gözlənilən olduğunu bildirib:

“Rodrinin “Barselona”ya keçəcəyinə əmin idim. O, burada özünü evdə hiss edir, bütün komanda yoldaşlarını tanıyır. Onu orada təsəvvür etmək mənim üçün asan idi”.

Rodri avqust ayında “Mançester Siti”dən “Barselona”ya keçib. 30 yaşlı yarımmüdafiəçi Kataloniya klubunun heyətində artıq üç oyuna çıxıb.

”Barselona”nın UEFA Çempionlar Liqasında rəqiblərindən biri “Sabah”dır. Komandalar noyabrın 25-də Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti